Bakıda ər arvadını və baldızını bıçaqlayıb

 Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı bıçaqlanıblar. Məlumata görə, onları R.Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. (Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}