Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib

 Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Binəqədi Rayon Polis İdarəsi və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib. Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər 

 

ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş