Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxunur - Foto

 yunun 5-də Nijni Tagilin Lenin rayon məhkəməsində “qanuni oğru” Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxunmasına başlanılıb.
Şəffaflıq.az Reyting.az-a istinadən verdiyi xəbərə görə, onlar 12 nəfərdir – Telman Vəliyev, İsa Abilov, İlkin Abilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qaev, Emil İgidov, Xıdır Hacıyev, Eduard Traksel, Orxan Muradov və Roman Lenkov.
Onlar mütəşəkkil dəstənin tərkibində qəsb və soyğunçuluq, silahların qanunsuz dövriyyəsi, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta ağırlıqda zərər yetirməkdə günahkar bilinirlər.
Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxunur
İki ildən çoxdur həbsdə olan Telman Vəliyev, İsa Abilov və Lixail Allahverənov məhkəmə zalına OMON döyüşçülərinin müşayiəti ilə gətiriliblər. Günahlandırılanları dəstəkləmək üçün 30 nəfərdən çox dostları və qohumları gəliblər.
Hökmün həcminin böyüklüyünə görə hakim Natalya Tseyzer hökmün elan olunmasını iki günə ayırıb.


İttiham tərəfinin versiyasına görə, üzvlərinin əksəriyyətinin azərbaycanlı idmançılar olan qruplaşma 2015-2016-cı illərdə Vəliyevin rəhbərliyi altında fəaliyyət göstərib.
Vəliyev özü 2016-cı il avqustun 4-də saxlanılıb.
Vəliyevin dəstəsinin 2016-cı il avqustun 18-də Türkiyədə güllələnən nüfuzlu azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) nəzarəti altında fəaliyyət göstərdiyi iddia olunur.
Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxunur
Hesab edilir ki, Lənkəranskinin Azərbaycandan olanların bir hissəsinə böyük təsiri olub, o cümlədən Orta Uralda həmvətənlərindən “haqq” toplayıb.
KİV-lərdəki məlumata görə, Lənkəranskinin öldürülməsindən sonra azərbaycanlılar 2017-ci ilin payızında - 22 ildən sonra həbsxanadan buraxılan “qanuni oğru” Quliyə (Nadir Səlifov) sədaqət andı içiblər.
Ancaq, Vəliyevin vəkili Marina Konopelkonun sözlərinə görə, nə cinayət işinin araşdırılması, nə də məhkəmə iclaslarında təqsirləndirilənlərdən heç birinə Rövşəm Lənkəranski ilə əlaqə ilə bağlı sual verilməyib.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}