“Xaş–xaş 2019” əməliyyatı - 215 ədəd çətənə kolu aşkar edildi

 “Xaş–xaş 2019” əməliyyatı - 215 ədəd çətənə kolu aşkar edildi
  Şəffaflıq.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qoxmuq kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 17 kiloqrama yaxın 215 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Facebook-da paylaş