Əsas Səhifə > Karusel / Gündəm / Cəmiyyət > Dekabrın 12-də Şamaxı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib. .FOTO/VİDEO

Dekabrın 12-də Şamaxı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib. .FOTO/VİDEO


13-12-2019, 01:03
Dekabrın 12-də Şamaxı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib.
Şəffaflıq.az  xəbər verir ki, dekabrın 12-də  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov  Şamaxı şəhərinin mərkəzində, Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub.
Minlərlə Şamaxılı dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərasimə gələnlər - rayon icra aparatının rəsmiləri,  hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, rayonda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək abidənin önünə gül dəstələri düzüb, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyiblər.Sonra mərasim iştirakçıları Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.

Anım günü münasibətilə ehsan süfrəsi açılıb, dahi rəhbərin ruhuna dualar oxunub.
Dəyanət İsmayılov
Şamaxı.
Şəffaflıq.az 

































 
Geri qayıt