Şamaxı "YAP"Gənclər Birliyi və Könüllüləri "8Mart Beynəlxalq Qadınlar" günü münasibəti ilə Şəhid ailələrini ziyarət ediblər._FOTOLAR

Şamaxı  "YAP"Gənclər Birliyi və Könüllüləri "8Mart Beynəlxalq Qadınlar" günü münasibəti ilə Şəhid ailələrini ziyarət ediblər.
Şəffaflıq.az xəbər veri ki,Şamaxı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Məmmədova Nuranə Cabbar qızı və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Könüllüləri "8Mart Beynəlxalq Qadınlar" günü münasibəti ilə Şəhid ailələrini ziyarət etmişlər.Bir çox şəhid ailələri zaiyarət edilmişdir, o cümlədən də Şəhidimiz Anar Babaşovun anası  Güllü xanım, Şəhidimiz Samir Koçayevin anası Əminə xanım və Şəhidimiz Nazim Zəkərəyevin anası Şahxanım xanım ziyarət edilərək təbrik ediblər.
Şamaxı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Məmmədova Nuranə xanım  Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.Xüsusi olaraq qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu bir daha güclü olmasını  təsdiqləyir.
Azər­bay­can qa­dı­nı­nın bö­yük in­ki­şaf yo­lu keç­di­yi­ni, qəh­rə­man öv­lad­lar bö­yüt­dü­yü­nü məm­nun­luq his­si ilə di­lə gə­ti­­rən Nuranə xanım Məmmədova, müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də uğur­­lu fəa­liy­yət gös­tə­rən, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rən qa­dın­la­rı­mı­zın əmə­yi­nin yük­sək olduğunu bildirirb.Vahid İsmayılov
Şamaxı şəhər:
Şəffaflıq.az



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}