“Heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq” - İLHAM ƏLİYEV

 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır.

Şəffaflıq.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev İsmayıllı və Neftçala rayon icra hakimiyyətlərinin yeni başçılarını qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək.

"Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır".




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}