Prezident İlham Əliyev qızını belə təbrik etdi - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ad günüdür.
Şəffaflıq.az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə anadan olub. Orta təhsilini 1995-2006-cı illərdə Bakıda, 160 saylı məktəbdə, ali təhsilini İsveçrə və Böyük Britaniyada alıb. 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Səməd Qurbanovla ailə quran Arzu Əliyevanın iki övladı var.
Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə yaxından məşğul olur. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edib.
Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.
Arzu Əliyevanı atası Prezident İlham Əliyev özünün rəsmi feysbuk səhifəsində belə təbrik edib:
"Ad Gününüz Mübarək! Arzu Əliyeva"











  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}