Göyçayda Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar toplantı keçiriləcək

  Hər il Azərbaycanda 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Qeyd edək ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. 
 Şəffaflıq.az bildirir ki, böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə alıb. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb."Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Bundan əlavə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.Bu münasibət ilə məhz həmin tarixdə Göyçayda fəaliyyət göstərən qələm sahibləri eyni zamanda jurnalistlərləvə mətbu orqanların üzvləri ilə toplantı keçiriləcək. Sözügedən tədbir saat 11:00-da baş tutacaq. Daha ətraflı məlumat üçün Göyçay Gənclər Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Tel: (070)570-23-23
Davud Tarverdiyev
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}