Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb - Səbəbləri açıqlandı

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb - Səbəbləri açıqlandı


6-11-2019, 23:37

 

Bu ilin yanvar-sentyabr aylarında razılaşma əsasında neft sektoru üzrə hasilat azalsa da, qaz sektoru üzrə artım ümumilikdə neft-qaz sektoru üzrə 1,1% səviyyəsində artımı təmin edib.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında neft-qaz sektorunun artım tempinin sürətlənməsi müşahidə edilib ki, bu da “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin istifadəyə verilməsi ilə izah olunur. Qaz hasilatının əhəmiyyətli dərəcədə artması (29,3%) neft hasilatının azalmasından (-2,8%) formalaşan mənfi təsirləri üstələyərək, neft-qaz sektorunun 9 ay ərzində real ifadədə 1,1% artması ilə nəticələnib. Baxılan dövrün sonuna neft-qaz sektoru nominal ifadədə 22 959,7 mln. manat olmaqla, iqtisadiyyatda yaradılmış əlavə dəyərin 39,3%-ni təşkil edib.

İlk 3 ayda neft-qaz sektoru daha yüksək artım templəri nümayiş etdirib, birinci rübün sonunda 4,6% real artım tempi müşahidə olunub. Lakin aprel ayından başlayaraq neft hasilatının 3% ətrafında azalması dinamikanın nisbətən zəifləməsi ilə nəticələnib. Baxılan dövrün əvvəlində neft-qaz sektorunun 3,2% artımı dövrün sonunda 1,1%-ə enib. Birinci rüb ərzində neft-qaz sektoru ÜDM-in artımına müsbət töhfə baxımından qeyri-neft sektorunu üstələyib: “Son aylarda neft hasilatının azalması “OPEC+” razılaşması ilə əlaqəlidir. Beynəlxalq Enerji Administrasiyasının məlumatlarına əsasən, iyul ayında hasilatın azaldılması sazişində müəyyənləşdirilmiş öhdəlik qeyri-OPEC ölkələri tərəfindən 107% yerinə yetirilib ki, bunun da əsas hissəsi Azərbaycan və Qazaxıstanın payına düşür”.

Şəffaflıq.az
Geri qayıt