Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb

Azərbaycanda bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb


7-07-2019, 02:20
 Respublika ərazisində taxıl biçini davam edir.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871 488 hektar ərazidə taxıl biçini aparılıb, 330 288 hektar ərazidə arpa, 541 200 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 768 652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16 036 hektar sahənin 15 830 hektarı artıq biçilib, buğda əkilmiş 20 039 hektar sahənin 17 840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir. Şəki ərazisində arpa əkilmiş 21 626,3 hektar sahənin 21 580 hektarı artıq biçilib, buğda əkilmiş 45 962 hektar sahənin 38930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:
RayonBuğdaArpa
Cəmi sahə, haBiçilib, haMəhsuldarlıqCəmi sahə, haBiçilib, haMəhsuldarlıq
Abşeron30722019,076173012,5
Ağdam122281222839,02215221535,5
Ağdaş4273426225,1116301163024,1
Ağcabədi225032250337,16672667232,7
Ağsu200391784032,6160361583031,0
Balakən1215120928,045845828,7
Beyləqan111481066635,21765176529,2
Bərdə9041904144,32601260138,9
Biləsuvar137131355732,0164561645630,5
Cəbrayıl2430243035,055055030,5
Cəlilabad54907,54852237,24509,1448535,0
Füzuli286212785931,68505850529,0
Goranboy8235821031,0137501375029,0
Göyçay8740874030,06851685130,5
Hacıqabul259252067619,011008996730,9
İmişli12715,51271638,76322632234,2
İsmayıllı232001750337,66173602731,7
Kürdəmir181201807334,5299262992633,3
Qax109341057930,22881288126,2
Qazax8305774737,24250422824,9
Qəbələ157901410033,04400420032,0
Masallı7496749623,12786278621,4
Neftçala7792,2779233,2314043140426,8
Oğuz119691125031,04118410030,8
Saatlı190441904442,95822582236,2
Sabirabad155361553641,19600960037,7
Salyan6817681740,59917991736,2
Samux5941594132,63681,5367635,3
Siyəzən3788265531,12516249427,5
Şamaxı296302182120,0121951052717,0
Şəki45961,83893033,721626,32158034,3
Tərtər7087,9704141,63815381533,7
Tovuz137401284033,31724172426,4
Ucar7390737829,67716771626,7
Yevlax6631663134,65083508328,5
Zərdab129861298634,35730573030,6
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Şəffaflıq.az
Geri qayıt