Vergi güzəşti və azadolmalarını bəyan etməyənlərə xəbərdarlıq olunub

 Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergiödəyicilərinə xəbərdarlıq göndərib.
 Şəffaflıq.az AZƏRTAC-a  istinadən xəbər verir ki, bu barədə Nazirliyin Media və kommunikasiya mərkəzindən  bildirilib ki, qanunvericilikdə bəzi fəaliyyət sahələrində vergi güzəşti və azadolmalarının tətbiqi nəzərdə tutulsa da, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bir sıra uçot-baza məlumatları əks etdirilmir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergiödəyicisinin vəzifələrinə aid edilib. Məcəllədə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə, azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergiödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırır.
Nazirlik vergiödəyicilərinin nəzərinə çatdırır ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}