Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlər sadələşdirilmiş vergiödəyiciləridir

 Vergi Məcəlləsinin cari ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən  bildirilib ki, qeyd olunanlara əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər sadələşdirilmiş vergiödəyicisi kimi əldə etdiyi gəlirdən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərə bilərlər.
Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş