Şamaxıda ət istehsalı 522,5 ton artıb

 Şamaxı heyvandarları əsas göstəricilər üzrə məhsul istehsalında cari ilin yanvar-avqust aylarını uğurlu nəticələrlə başa vurublar.
 Rayonda ət, süd və yumurta istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin səkkiz ayında Şamaxıda diri çəkidə 2689,9 ton ət istehsal olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 522,5 ton çoxdur.
Süd və yumurta istehsalında da nəticələr yaxşıdır. Belə ki, səkkiz ayda süd istehsalı 5699,9 ton artaraq 19 min 258,8 tona, yumurta istehsalı 2 milyon 907 min ədəd artaraq 11 milyon 720 min ədədə çatıb.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}