"Aqrolizinq" ASC-nin sədri Elmin Rahmanov bu gün Şamaxıda biçin prosesinin gedişi ilə yaxından tanış olub.-FOTO

 Şamaxı rayonunda 41079 hektar sahədə taxıl əkilib. Şamaxı rayon fermerləri 29588,3 hektar sahədə buğda, 11491 hektar sahədə isə arpa əkiblər.
Şəffaflıq.az bildirir ki,  İyunun 26-dək Şamaxıda 13550 hektar buğda sahəsi, 9100 hektar arpa sahəsi biçilib. Rayon üzrə 27100 ton buğda, 14560 ton arpa yığılıb.Biçinə 37 kombayn cəlb olunub. Bunlardan 12-si Aqrolizinqin, 14-ü fiziki və hüquqi şəxslərin kapitalında olan kombaynıdır. Rayona digər bölgələrdən əlavə olaraq 11 kombayn dislokasiya olunub.
"Aqrolizinq" ASC-nin sədri Elmin Rahmanov bu gün Şamaxıda biçin prosesinin gedişi ilə yaxından tanış olub, kombaynla təminat məsələsi ilə maraqlanıb.



Vahid İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}