Təhsil kreditləri ilə bağlı məsələlər “Ali təhsil haqqında” qanun layihəsində əksini tapacaq

 

Ali təhsil haqqında” qanun layihəsində təhsil kreditləri ilə bağlı məsələlər nəzərdə tutulub. Artıq bununla bağlı müvafiq qurumlar və Milli Məclis tərəfindən müvafiq işlər görülüb. Burada maliyyə vəsaitlərinin cəlb edilməsi mənbələri olduqca vacibdir”.

Bunu öz açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, dövlət əhalinin həssas təbəqəsinin təhsil xərclərinin ödənilməsi ilə bağlı xərcləri üzərinə götürüb: “O insanların ki, təhsil xərclərini ödəməsi ilə bağlı imkanı yoxdur, onlar Təhsil Nazirliyinin elektron portalına müraciət edilir və dövlət də həmin müraciətləri araşdıraraq həmin məsələlərə öz dəstəyini verir. Amma gələcəkdə ali təhsil sahəsində təkcə tələbələrin deyil, doktorantların, tədqiqatçıların da kifayət qədər maliyyələşməsi üçün qanunvericilikdə dəyişikliklər nəzərdə tuturuq”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}