Nursultan Nazarbayevə həsr olunmuş kitabın təqdimatı keçirilib.- FOTOLAR

 Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Elbası Nursultan Nazarbayev Kitabxanası və Qazaxıstan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “N.A, Nazarbayev, Ulu Bozkırın Mirası” kitabının vebinar təqdimatı keçirilib.
Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, türk dilində nəşr olunan əsər Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin ölkəsinin milli-mənəvi, tarixi və mədəni dəyərlərinin inkişafı zəminindəki tarixi xidmətlərinə həsr olunub.
Əvvəlcə Elbası Nursultan Nazarbayev Kitabxanasının müdiri Amerhan Rahimianov təqdim olunan əsərin tarixi əhəmiyyəti barədə geniş məlumat verib.
Vebinarın açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Azərbaycan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Sultan Rayev və başqaları çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, türk dünyasının ağsaqqalı Elbası Nursultan Nazarbayevin şəxsiyyətinin, səmərəli və faydalı rəhbərlik fəaliyyətinin öyrənilməsi çox vacibdir. Bu mənada təqdim olunan əsərin bütün türk dünyası tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.

Şəffaflıq.az

 
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}