Bəşəriyyət koronapandemiyanı 25 min il əvvəl də yaşayıb - Genetiklər müəyyən ediblər


 

Məlum olub ki, Şərqi Asiya sakinlərinin DNT-sində təxminən 25 min il bundan əvvəl bəşəriyyətin Covid-19 xəstəliyi törədicisinə oxşar virus pandemiyasının yaşadığını göstərən adaptasiya toplusu var.

Bunu Amerika və Avstraliya alimlərindən ibarət qrup bəyan edib. Onların nəticələri «bioRxiv» elektron kiabxanasında dərc olunub.

«Biz, insan orqanizminin koronavirusla birbaşa bağlı onlarla qeninin intibah reaksiyasını izlədik. Bu intibah analizi göstərdi ki, Şərqi Asiyanın qədim sakinləri artıq 25 min il bundan əvvəl SARS-CoV-2 virusuna oxşar viruslarla təmasda olublar» - tədqiqatçılar yazırlar.

Bioloqlar hələlik bu virusun nə vaxt və harada, hansı heyvanın, o cümlədən, yarasanın və panqolinin (kərtənkələ növü - Red.) aralıq ötürücü olduğu virusun meydana gəldiyi və onun formalaşmasında, necə deyərlər, rekombinasiyası, genetik materialın müxtəlif koronavirus tipləri arasında mübadiləsi barədə dəqiq söz deyə bilmirlər.

Elə alimlər də var ki, SARS-CoV-2 virusunun Şərqi Asiyada yarasalar arasında hələ ötən yüzillikdə yayılmağa başladığını ehtimal edirlər. Belə kəşf düşünməyə əsas verir ki, koronavirusun heyvanlarda necə tez-tez meydana çıxdığı iddia oluna bilsin.

Devid Enardanın rəhbərliyi altında intibah alimləri qrupu belə məlumatların əldə olunması istiqamətində ilk addımlar atıb və bu zaman immunitetlə bağlı onlarla genin strukturunun insan orqanizmində necə dəyişdiyini öyrəniblər.

Bunun üçün alimlər insan DNT-lərində bu genlərin mutasiya toplusunu ayırıb, müqayisə ediblər. Məlum olub ki, DNT strukturunda belə dəyişikliklər ilk dəfə müasir Şərqi Asiya sakinləri arasında təxminən, 25 min il əvvəl meydana gəlməyə və təxminən 5 min il əvvəl geniş yayılmağa başlayıb.

Bu proseslər əsas etirbarilə, o genləri əhatə edib ki, onlar orqanizmin virusa reaksiyası ilə birbaşa əlaqəli olublar. Bu, ondan xəbər verir ki, bəşəriyyət ötən əsrdə artıq belə təhlükə ilə qaşılaşa və koronavirus epidemiyası yaşaya bilərmiş.

Bundan başqa məlum olub ki, Avrasiyanın digər bölgələrinin sakinlərinin genomunda belə genetik adaptasiyalar ya olmayıb, ya da nisbətən zəif yayılıb. Bu, göstərir ki, Şərqi Asiya bir neçə minillik ərzində müxtəlif koronavirusların «inkubatoru» olub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}