İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Məcəllənin 540.5-ci maddəsinin dispozisiyasında "4.6-4.8-ci" sözləri "4.7-ci və 4.8-ci" sözləri ilə əvəz edilir və həmin maddədən "və yerli özünüidarəetmə" sözləri çıxarılır.
Qeyd edək ki, Məcəllənin 540.5-ci maddəsinə əsasən, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə - vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq I oxunuşda qəbul edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}