İran prezidenti ABŞ-dakı etirazlara münasibət bildirib

 

“Biz ABŞ xalqı ilə və küçələrdə etirazını çatdırmaq istəyənlərlə həmrəy olduğumuzu bildirir, Ağ Evin zorakı addımlarla bağlı fərmanlarını isə məhkum edirik.”

Şəffaflıq.az İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani öz çıxışında deyib.

Həsən Ruhani ABŞ-da son həftədə baş qaldırmış etirazlara və toqquşmalara münasibət bildirərkən nümayişçilərlə həmrəy olduqlarını, Ağ Evin addımlarını isə məhkum etdiklrini bildirib.

Həsən Ruhani ABŞ prezidenti Donald Trampı əlində İncili tutaraq kilsə qarşısından şəhərlərə ordunun yeridilməsi haqda bəyanat verməsini kəskin tənqid edib.

O deyib:

“İncil müqəddəs kitabdır. Bu kitab insanları sülhə və mehribançılığa çağırır. Bu çox xəcalətvericidir ki, ABŞ prezidenti xalqına qarşı cinayət fərmanı vermək üçün o kitabı əlinə alır.”

Qeyd edək ki, bundan öncə Ayətullah Xamenei ABŞ-dakı etiraz və toqquşmalara maraqlı münasibət bildirib. Ayətullah Xamenei ABŞ etirazlarını hövuzun dibinə çökmüş palçığın üzə çıxmasına bənzədib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}