La Liqa ilə bağlı qərar verildi — SON DƏQİQƏ

 

İspaniyada futbolun yenidən başlamasına qərar verilib.

Şəffaflıq.az offsideplus.az-a istinadən xəbər verir ki,  sözügedən ölkə 5-12 iyun tarixləri arasında liqaya yenidən başlamağı planlaşdırır. İspaniyanın baş naziri Pedro Sançesin açıqladığı tədbirlərə uyğun olaraq, futbolçulara mayın 4-dən fərdi məşqlərə başlamasına icazə veriləcək.

Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə bundan sonra qrup halında məşqlərə başlanacaq. İyunun 1-də komandalar hazırlıqlarını tam heyət olaraq davam etdirəcəklər.

La Liqa prezidenti Xavyer Tebas oyunların azarkeşsiz keçiriləcəyini bəyan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}