ABŞ ÜST-ə ayrılan pulları başqa təşkilatlara verəcək

 

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayırlması nəzərdə tutulan vəsaiti səhiyyə ilə məşğul olan qeyri-hökumət təşkilatlarına yönəltmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ Dövlət Departamentinin işçilərinə göndərilən sənədə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Dövlət katibi, Dövlət Departamentindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən ÜST istisna olmaqla, beynəlxalq yardım proqramlarının alternativ icraçılarının tapılması və onların bu işlərə cəlb edilməsini istəyib.

Qəzet mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp və müşavirləri Ümumdünya Səhiyyə Təşkilatını bir neçə cəbhədə arxa plana keçirmək üçün “pərdə arxasında” iş görürlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}