E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların sırasında 6-cı yerdədir.

 
 Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını təqdim edən alexa.com saytının (ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı 6-cı yerdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Şəffaflıq.az-a verilən məlumata görə, portal ölkəmizdə ən çox müraciət olunan google.com, youtube.com, google.az, wikipedia.org və mail.ru kimi populyar saytlardan sonra ziyarətçi və baxış sayına görə 6-cı yeri tutub.
E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.
Qeyd edək ki, alexa.com-un təqdim etdiyi siyahıdakı ilk onluqda sonrakı yerləri my.gov.az, e-gov.az, facebook.com və oxu.az saytları tutur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}