9 yaşlı uşaq faciəli şəkildə öldü

 Şəmkirdə azyaşlını maşın vurub.
Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}