İstanbulda koronavirus həyəcanının baiskarı azərbaycanlı həkim imiş

İstanbulda koronavirus  həyəcanı azərbaycanlı həkim assistentin kompüter xətasından qaynaqlanıb.
Bu barədə “T24” agentliyi xəbər yayıb.
Dünən Türkiyənin İstanbul şəhərində altı yaşlı çinli uşağın koronovirusa yoluxduğu üçün karantinə alındığı barədə məlumatlar yayılmışdı. Sonradan Səhiyyə Nazirliyi bu xəbəri təkzib edib.
Məsələ jurnalistlər tərəfindən araşdırılarkən hadisənin Azərbaycan əsilli həkim assistentin səhvi ucbatından qaynaqlandığı ortaya çıxıb.
Jurnalistlər qadının adının çəkilməməsi şərti ilə hadisənin təfərrüatlarını öyrəniblər. Məlum olub ki, xəstəni kompüter sisteminə azərbaycanlı həkim assistent qeydiyyata salıb. Lakin o, “ön diaqnoz” yerinə “dəqiq diaqnoz” qeyd edib.
Halbuki qızın ilk analizlərinin cavabı mənfi çıxıb, bununla belə dəqiq diaqnoz üçün qan nümunələri Ankaraya göndərilib. Sonda uşaqda koronavirus deyil, “Infulanze B” xəstəliyi müəyyən olunub.
Məlumata görə, azərbaycanlı həkim haqqında istintaqa başlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}