Yunan deputat skandal yaratdı – Türkiyədən sərt reaksiya

 

İrqçi yunan deputat İoannis Laqos Avropa Parlamentində provakasiyaya əl atıb.

Miqrantların vəziyyəti ilə bağlı müzakirələrdə Türkiyənin hər istədiyini etdiyini söyləyən deputat Türkiyə bayrağını cırıb.

“Yunan adalarında humanitar vəziyyət” adlı sessiyada bölgədəki mühacirlərin vəziyyətinin müzakirəsi zamanı yunan deputat hamının mühacirlər haqqında danışdığını, yunan vətəndaşlarının hüquqlarına toxunulmadığını deyib.

“Bir tərəfdə Türkiyə var, hər istədiyini edir, ölkəmizə axın-axın miqrant gəlir. Budur türk bayrağı, bunu cırıb atmaq lazımdır. Artıq buna son qoyulmalıdır”, - deyərək kağızdan olan Türkiyə bayrağını cırıb.

Sessiya iclasının moderatoru bu cür davranışa yol verməyəcəyini söyləyərək, deputatı təmkinli olmağa çağırıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çirkin təxribata sərt reaksiya verib. "Avropanın ərköyün, irqçi çocuqları hərlərini bilsinlər", deyə nazir qeyd edib.

MHP başqanı Dövlət Bahçeli təxribatı "Namərdlikdən də betər skandal" adlandırıb və yunan vəkilin haqqında siyasi, hüquqi tədbirlərin görülməsini istəyib.

AKP sözçüsü Ömer Çelik də yunan deputatın hərəkətinə sərt reaksiya verib. "İrqçi, zəhərli qafalar etdikləri sayğısızlıqla bayrağımıza zərər yetirə bilməzlər", deyə Ö.Çelik bildirib.

Yunanıstanın Xarici İşlər Nazirliyi olayı pisləyib. Avropa Parlamentinin başqanı David Sassoli irqçi millət vəkili haqda tədbirlərin görülməsinə göstəriş verib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}