Gərginlik: “Təhvil verməsəniz...” – Ərdoğan xəbərdardarlıq etdi

“F-35” qırıcıları Türkiyəyə təhvil veriləcək, əks halda ABŞ onlar üçün ödənilən pulu qaytarmalı olacaq”.
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Onlar ya təyyarələri bizə çatdıracaq, ya da pulu geri qaytaracaqlar. Habelə satmaqdan imtina edəcəklərsə, biz də başqa bir yerdən satın alacağıq”, - Türkiyə lideri qeyd edib.
Ərdoğan Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri haqda da danışıb. Onun sözlərinə görə, alınan “S-400” sistemləri aprel ayında işə salınacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}