Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət etdi
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri, həmçinin çıxışında siyasi partiyalara da xəbərdarlıq edib.
O qeyd edib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".
Facebook-da paylaş