Qobusatanda palçıq vulkanı ərazisində turizm kompleksi yaradılacaq

 

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.
Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyin aparat rəhbəri Kənan Qasımov Turizm Sammitində bildirib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:" Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək".

K.Qasımov bildirib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var. "Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}