Şamaxıda "Xəmsə" Milli İntellektual Oyunu üzrə VII Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib.-FOTO.

 Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən 22 noyabr 2019-cu il tarixində rayonun ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə VII Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib. Şəffaflıq.az xəbər verir ki,keçirilən intellektual oyunda ümumtəhsil tam orta məktəblərinin 12 komandası üzrə 60 nəfər yeniyetmə şagirdi iştirak edib.Yarışın sonunda təşkilat komitəsi tərəfindən qaliblər müəyyən olunub. Belə ki, şəhər 1 saylı tam orta məktəbin komandası I-ci yerə. İnşaatçı qəsəbə tam orta məktəbinin komandası II-ci yerə. 2 saylı tam orta məktəbin komandası isə III-cü yerə layiq görülüblər. Qalib gəlmiş komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələr ilə təltif olundular.Rayon mərhələsində I-ci yerə layiq görülmüş komanda 29 noyabr 2019-cu il tarixində Ağdaş rayonunda keçiriləcək "Xəmsə" Milli İntellektual Oyunu üzrə VII Azərbaycan Çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.
"Şamaxı rayon Gənclər və İdman idarəsi".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}