Rişi Sunak Baydeni razı salmağa çalışır: NATO-nun rəhbəri vəzifəsinə kim təyin olunacaq? - FOTO


Böyük Britaniya Baş naziri Rişi Sunak ABŞ Prezidenti Co Baydeni inandırmaq istəyir ki, Britaniya müdafiə naziri Ben Uollesin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəkləsin.

Sunak Vaşinqtona gözlənilən səfərindən də bunun üçün istifadə etmək niyyətindədir.

Bu barədə məlumatlı mənbələr bildiriblər.

Jurnalistlərin sözlərinə görə, Britaniya baş naziri artıq may ayında keçirilən G7 sammiti çərçivəsində Uollesin alyansın baş katibi vəzifəsinə təyin edilməsi ideyasını Qərb ölkələri arasında təbliğ edib. Qeyd edilib ki, Uolles krallığın hərbi xərclərinin ÜDM-in 2,25 faizinə qədər artmasına nail olduğu üçün ABŞ-də populyarlıq qazanıb. Böyük Britaniya müdafiə naziri Ben Uolles özü də daha əvvəl bu vəzifəni tutmaq istədiyini bildirib.

Lakin Fransa və Almaniyanın Uollesin təyinatına qarşı çıxa biləcəyi qeyd edilir. Uollesdən başqa bu vəzifəyə ən mümkün namizədlərdən biri də Danimarka Baş naziri Mette Frederiksendir. Co Bayden onunla iyunun 5-də Ağ Evdə görüşəcək.

Həmçinin vurğulanır ki, alyans üzvləri hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddətinin dördüncü müddətə uzadılmasını da xahiş edə bilərlər.




Mənbə: “Daily Telegraph”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}