Bakıda avtomobil dayanacağa çırpılıb: Xəsarət alanlar var - FOTO


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində baş verib.

“Dodge” markalı maşın öncə eyni istiqamətdə hərəkətdə olan KIA markalı nəqliyyat vasitəsinə, sonra isə aşaraq avtobus dayanacağına çırpılıb. Avtomobillərdə olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Avtoqəza zamanı hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.








Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}