FHN: Ötən sutka 31 yanğına çıxış olub, iki nəfər xilas edilib

Ötən sutka ərzində 31 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər xilas edilib, bir nəfər partlayış zamanı xəsarət alıb. Həmçinin, Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batmış bir nəfər azyaşlının axtarışları davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}