“Formula-1”: Emiliya Romanya Qran-prisi təxirə salındı - YENİLƏNİB + FOTO


“Formula-1” üzrə İtaliyanın İmola şəhərində keçiriləcək Emiliya Romanya Qran-prisi təxirə salınıb.

Qərar bölgədəki daşqınlar səbəbindən təşkilatçıların azarkeşlərin, komanda üzvlərinin və avtodrom işçilərinin təhlükəsizliyini təmin edə bilməməsi ilə əlaqədardır.

“Formula-1” təmsilçiləri, FIA prezidenti və səlahiyyətli orqanlar, o cümlədən müvafiq nazirlər, İtaliya Avtomobil Klubunun prezidenti, Emiliya Romanya bölgəsinin rəhbəri, şəhər meri və promouterlərin iştirak etdiyi müzakirələrdən sonra, İmolada yarışın həftəsonu keçirilməməsinə qərar verilib.

14.44

“Formula-1” üzrə İtaliyada keçiriləcək Emiliya Romanya Qran-prisi təxirə salına bilər.

Buna İmola şəhərində şiddətli yağışların səngiməməsi səbəb olub. Yağıntıların çoxluğu avtodromun yaxınlığındakı Santerno çayının daşması ilə nəticələnib. Bu səbəbdən trek su ilə əhatələnib və idman rəhbərliyinin növbəti qərarına qədər bağlanıb.

Yaxın günlər üçün yağıntıların davam edəcəyi proqnozlaşdırılır. Qran-prinin taleyi ilə bağlı yekun qərarın bu gün açıqlanacağı bildirilir.

Emiliya Romanya Qran-prisinin əsas yarışının mayın 21-də keçirilməsi planlaşdırılır.

Mənbə: f1news.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}