Bakıda qəzaya uğrayan mikroavtobus aşdı - VİDEO


Bu gün səhər saatlarında Kürdəxanıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın videosu sosial şəbəkələrdə paylaşılıb.

“Mercedes” markalı avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində mikroavtobus aşıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, qəzaya səbəb nəqliyyat vasitəsinin kənar yoldan əsas yola çıxarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması olub:

“Qəza zamanı mikroavtobus boş olub. Avtobus sürücüsü qolundan yüngül xəsarət alıb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Yol-nəqliyyat hadisəsində ölüm qeydə alınmayıb”.

Könül Cəfərli

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}