Sumqayıtda 23 yaşlı qız itkin düşüb - FOTO


Sumqayıtda 23 yaşlı qız itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu təxminən 162 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin

(018) 654-02-02, (018) 655-76-65 şəhər və (077) 277-97-97, (050) 835-04-01, (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}