Üzərinə qaynar su tökülən 6 yaşlı Ayxanın müalicəsi üçün 450 manat lazımdır: Atası da ağır xəstədir - VİDEO


2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik. Yoldaşım zibilləri toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim bildirib ki, oğluma lazım olan dərmanları almaq üçün 450 manat pul lazımdır. Yardımsevər şəxslərdən bizə kömək etmələrini xahiş edirəm”.

Əlaqə nömrəsi: 055 267 08 71 (ana - Məmmədova Lalə).





Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}