Əfqanıstan - Pakistan sərhədində toqquşma: Ölənlər var



Əfqanıstan - Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında minaatanlarla hücum nəticəsində azı dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, radikal “Taliban” hərəkatının tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə hələ də davam edir.

Hər iki tərəfdən itkilərin dəqiq sayı açıqlanmır. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.

Digər mənbələr sərhəddə toqquşmaların bir saat davam etdiyini və artıq dayandığını bildirirlər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}