İranda daşqınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb


Ötən 17 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Departamentinin direktor müavini Murtaza Muradipur deyib.


M.Muradipurun sözlərinə görə, daşqınlarda itkin düşənlərin sayı isə 6 nəfərdir:

"İranın 24 vilayətində 84,5 mindən çox insan daşqınlardan zərər çəkib. 12,5 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib və 3,56 min nəfər təhlükəsiz məkanlara köçürülüb", - deyə o qeyd edib.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}