Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə "Report" BNA-ya istinadən xəbər verir.
Daşıyıcının verdiyi məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığında keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}