Tokio-2020: Koronavirusa yoluxmuş idmançı yarışa qatıla bilər

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirusa yoluxmuş idmançıların müəyyən şərtlər altında yarışlarda iştirak edə biləcəyini etiraf edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Xəstəliyi simptomsuz keçirən idmançı 6 və ya 10 günlük karantindən sonra bir gün fərqlə iki mənfi testdən keçərsə, yarışa qayıda bilər.
İyulun 22-də Yaponiya millisinə qarşı açılış matçını buraxan Cənubi Afrika Respublikası yığmasının iki futbolçusu iyulun 25-də Fransa ilə görüşdə meydana çıxıb.
Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}