"Neftçi"nin rəqiblərinin sayı azaldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.
Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqiblərinin sayı azalıb.
"Ağ-qaralar" II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin püşkü bu gün atılacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}