Çempionlar Liqasında ilk finalçı bəlli olur

 Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Şəffaflıq.az məlumatına görə, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq. "Mançester Siti" Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.
Niderland Futbol İttifaqından Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Şəhərlilər"i mərhələ adlamaq üçün istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.
Cavab görüşü öncəsi meydan sahiblərində Juan Kanselu, qonaqlarda isə Kilian Mbappeilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin ilk matçda qırmızı vərəqə görən Paris təmsilçisinin yarımmüdafiəçisi İdrissa Geye oyunu buraxacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 2:1
Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Çelsi" ilə üz-üzə gələcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}