Türkiyədəki rusiyalı turistlərin ölkəyə dönməsi ilə bağlı təklif

 

Uçuşların təxirə salınmasından sonra Türkiyədə qalan rusiyalı turistlərin hər bilet üçün 10-12 min rubl (190-230 manat) kimi sabit qiymətlərlə Rusiyaya qayıda bilmələri mümkündür.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, Rusiya Federal Turizm Agentliyi (Rosturizm) rəsmisi Dmitri Davidenko bu təşəbbüslə çıxış edib.

“10 min rubl qədər bir miqdar hər kəsdə var. Beləcə, istəyənlərin sürətli şəkildə dönüşü təmin edilə bilər”, - turistlərə onlayn bilet almaq imkanı yaradılacağını deyən Davidenko əlavə edib.

Onun sözlərinə görə, dönmək üçün səfərlərin olmadığı müddətdə turistlər Belarus, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri kimi uçuşlarla ölkəyə qayıda bilərlər.

Onun “ideal” olaraq dəyərləndirdiyi seçim gələn həftə təklif ediləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}