"İlanların, əqrəblərin arasında, qalin libaslarda, gün başımıza döyə-döyə, 40 dərəcə istidə...

“Kinoya aşiqliyim lap uşaq yaşlarından olub. Fərəməz Məmmədovun “Qaralmayan günəş” adlı bir diplom işi var idi, orada bir aktrisa olmalı idi, rol da elə idi ki, xanım Leninin şəkilini xalçada toxuyurdu. Mən o rolu ifa etməli idim, bu mənim filmdə ilk işim idi. İkinci işim isə rejissor Tofiq Tağızadənin “Flaminqo qızıl qaz” filmində  Validə obrazı oldu. Bu ikinci dərəcəli rol idi. Məhz Validə rolumu rejissor Həsən Seyidbəyli görəndən sonra məni “Nəsimi” filmində Fatimə obrazına dəvət etdi”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib. Aktrisa “Nəsimi” filminə dəvət almasından, oradakı təhlükəli səhnələrdən də danışıb.
“Həsən Seyidbəyli ssenarini mənə verib dedi ki, get evdə oxu, hansı rolu bəyənsən səhər gəlib mənə deyərsən. Əslində o belə etməklə böyük bir məsuliyyəti üstümə qoydu. Səhər gələndə soruşdu ki, hansı rolu istəyirsən? Dedim ki, Fatimə rolunu. Dedi ki, elə o rolu sənə verəcəkdim. Bu film ən çətin filmim oldu. Həsən Seyidbəyli məni “Nəsimi” filminə dəvət edəndə çətin və olduqca ağır səhnələr haqqında məlumat verməmişdi. Belə ki, ilanların, əqrəblərin arasında, gün başımıza döyə-döyə, qalin libaslarda, 40 dərəcə istidə çəkilmək sizcə necə asan ola bilər? Qobustandakı çəkilişlərimizdə çoxlu hadisələr baş verdi, ilan sancmalar, atdan yıxılmalar və gündən zəhərlənmələr oldu. Asanlıqla heç nə əldə etmək olmaz. Kütləvi səhnələrdə mən at çapmalı idim, at da sürətlə getməli idi. Ona görə də həmin səhnələrdə yaxın planlarda atın üstündə mən idim, uzaq səhnələrdə isə məni dublyorum əvəz edirdi. İşimiz çox çətin getdi, amma çox məhsuldar idi. Bu çətinliklərə baxmayaraq bir dənə də çəkiliş əsnasında səhv olmadı. Çətinliyə ancaq bir qüvvə qalib gələ bilərdi, o da sənətimə olan sevgim. Filmdə mənim saçlarım uzun idi, amma Fatimənin saçı qısa olmalı idi. Saçlarımı kəsmək lazım gəldiyini mənə dedilər. Amma Həsən müəllim saçlarımı kəsməyə icazə vermədi. Qrim ustası saçlarımı hördü və parikin altında gizlətdi. Həsən Seyidbəyli bu filmdən sonra məni “Xoşbəxtlik qayğıları” filminə dəvət etdi, dedi ki, sənin üçün rol yazmışam və adınla da Xalidə adlandırmışam. Həsən Seyidbəyli kimi rejissorun mənim üçüm məxsusi rol yazmağı həyatımda böyük bir hadisə idi” deyə xalq artisti bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}