Şamaxıda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.-FOTO/VİDEO

Ölkənin hər yerində olduğu kimi Şamaxı rayonunda da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir. 26 fevral 2021-ci il tarixdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, hüquq-mühafizə orqanlarının, idarə,  müəssisə, kollektivlərinin, ictimaiyyət nümayəndələri, yaşlı nəslin və gənclərin nümayəndələri, o cümlədən şəhər sakinləri və Şamaxı gənc könüllülərinin iştirakı ilə, Şamaxı-Ağsu magistral yolunun kənarında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 613 ağac əkilib.
Aksiyadan olan görüntüləri təqdim edirik.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}