İsmayıllı rayonunda Vətən müharibəsinin qazisi yüksək vəzifəyə təyin olunub

 

II Qarabağ müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu İsmayıllı RİH başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Yerli icra hakimiyyətlərində bu şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. 


Vüqar Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edib.

V.Novruzov  “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.


Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib, 19 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.

İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi adından Vüqar Novruzovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək faəliyyətində uğurlar arzulayırıq. Rayonda dövlət işlərində  gənclərə üstünlük verilməsi və bunun bariz nümunəsi Qarabağ qazilərinə yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir. 





 

Şəffaflıq.az
İsmayıllı rayonuшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}