Qərb bölgəsində ətin qiyməti ucuzlaşıb

 

Koronavirus pandemiyası qərb bölgəsində, xüsusən Gəncə şəhərində ətin qiymətinə təsir edib. Hazırda ölkənin ikinci böyük şəhərində ət məhsullarının qiymətində kəskin ucuzlaşma gedir.

Şəffaflıq.az Baku TV-yə istinadən xəbər verir ki, pandemiyadan öncə 1 kiloqramı 11-12 manata satılan ətin qiyməti hazırda 9-10, hətta 8 manata təklif edilir.

Ət satışı ilə məşğul olan şəxslər bildirirlər ki, qiymətlərin enməsinə səbəb ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağadır.

Qiymətlər xırdabuynuzlu heyvanların satışında da özünü göstərməkdədir.

Belə ki Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında aparılan araşdırma nəticəsində məlum olub ki, xırdabuynuzlu heyvanların satışında ucuzlaşma var. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}