ATƏT PA-da Svetlana Tixanovskaya ilə bağlı müzakirə olub

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Daniela de Ridder, Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ilə bağlı "beynəlxalq ictimaiyyətin demokratik dəstəyi üçün ən təsirli yollar” mövzusunda onlayn müzakirə təşkil edib.


Şəffaflıq.az bildirir ki, bu barədə təşkilatın bazar günü yayımlanan press - relizində məlumat verilib.

Cümə günü keçirilən müzakirə zamanı Belarusda insan hüquqları və azadlıqları ilə yanaşı siyasi məhbusların vəziyyəti ilə bağlı məsələlər də qaldırılıb.

Ridder mandatına parlamentlərarası diplomatiya yolu ilə cəmiyyətin bütün təbəqələri ilə əlaqəni də daxil etdiyini qeyd edib.

Ölkədəki bütün maraqlı tərəflərlə dialoqu asanlaşdırmaq üçün ATƏT PA-dakı Belarus nümayəndə heyətinin rəhbəri Andrey Savinıx də daxil olmaqla müxtəlif təmsilçilər ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Press-relizdə ATƏT PA Baş katibi Roberto Montellanın da Tixanovskaya ilə görüşdüyü bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}