Moskvadan Amsterdama uçan təyyarə geri dönməli olub

 

Moskva-Amsterdam aviareysinin təyyarəsi qalxdığı Şeremetyevo hava limanına geri dönüb.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Sputnik” məlumat yayıb.

Bildirilib ki, Moskvadan Amsterdama uçan “Airbus A320” təyyarəsi geri qayıtmalı olub.

“Aeroflot”un sözçüsü Mixail Demin mətbuata açıqlamasında bildirib ki, səfəri həyata keçirən hava gəmisinin radioəlaqə sistemində problem yaranıb. Moskva vaxtı ilə 14:47-də (Bakı vaxtı ilə saat 15:47-də-red.) havaya qalxan təyyarənin geri qayıtmasına qərar verilib.

Laynerin yerli vaxtla 17:30-da (18:30-da) hava limanında yerə endiyi, heyətin və sərnişinlərin həyatı üçün hər hansı təhlükənin olmadığı vurğulanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}